Tramp Putinə qəzəblənib, Rusiyanı yeni tariflərlə hədələyib

Gündəm
30-03-2025 - 18:12
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə qarşı qəzəbli olduğunu və hirsləndiyini bildirib.
Ajans.az xəbər verir ki, bu barədə Tramp “NBC News”-a müsahibəsində deyib.
Tramp Rusiyanı ikinci dərəcəli tariflər tətbiq etməklə hədələyib.
“NBC News”un aparıcısı bildirib ki, Prezident Tramp ona bir neçə saat əvvəl zəng edərək Rusiya liderinə qəzəbli olduğunu deyib:
“Tramp səhər tezdən telefon danışığında qeyd edib ki, əgər o, Ukrayna ilə atəşkəsin əldə edilməməsində Rusiyanın günahkar olduğuna inanarsa, Rusiya neftinə ikinci dərəcəli tariflər tətbiq edə bilər”.