QHT sədri həbs edildi

Gündəm
14-03-2025 - 21:35
Məhkəmə qeyri-hökümət təşkilatının rəhbəri barəsində həbs qərarı verib.
Ajans.az xəbər verir ki, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında adıçəkilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib.