Azərbaycanlı FİFA referisi beynəlxalq oyuna təyinat aldı

Gündəm
14-03-2025 - 20:39
Azərbaycanlı FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Ajans.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit raundunun 3-cü qrupunda keçiriləcək oyunları idarə edəcək.
Ədalət qoruyucusu martın 19-da Niderland – Xorvatiya, 25-də Çexiya – Niderland matçlarının baş hakimi olacaq. FIFA referisi martın 22-də Çexiya – Xorvatiya qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Namik Hüseynov isə həmin görüşlərin köməkçi hakimi olacaq.
Qeyd edək ki, qrup mərhələsinin oyunları Çexiyada təşkil olunacaq.
Mövzular:
Oxşar xəbərlər
Nazir müavini: Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək
Gündəm15:34 / 26-12-24