Şimali Koreyadan ABŞ-yə XƏBƏRDARLIQ: Öz başlatdığınız yanğında yanmayın

Şimali Koreyadan ABŞ-yə XƏBƏRDARLIQ:
Şimali Koreya
Siyasət 14-02-2025 - 12:45

ABŞ və Cənubi Koreya arasında hərbi əməkdaşlıq Şimali Koreyanı qəzəbləndirib.

Ajans.az xəbər verir ki, açıqlamada ABŞ-nin Cənubi Koreyanın "ağası" olduğu iddia edilib və əlavə edilib: "ABŞ-nin xidmətçisi olan marionet qüvvələr öz ağalarının tələblərini yerinə yetirməlidir. ABŞ rəqibinin kim olduğuna diqqətlə baxmalı və başlatdığı atəşdə yanmaq kimi ağılsızcasına səhvə yol verməməlidir".

Şimali Koreyanın rəsmi mətbuatında Cənubi Koreyada hərbi vəziyyət böhranına toxunan bəyanatda deyilir:

“Siyasi xaosun dərinləşdiyi bir mühitdə Cənubi Koreyanın Şimali Koreyaya qarşı düşmənçilik isteriyası getdikcə daha aydın görünür”.

Açıqlamada Cənubi Koreyanın müvəqqəti administrasiyasının prezident Yoon Suk Yeol-un həbsindən sonra belə Şimali Koreyaya qarşı “əzici güclə cəzalandırmaq” və “onları ağır bədəl ödəməyə məcbur etmək” kimi bəyanatlar verdiyi vurğulanıb və əlavə edilib:

“Daha ciddisi, qarşıdurma və ehtiyatsız bəyanatlarla birlikdə edilən silahlanma hərəkətləridir”.

Açıqlamada Cənubi Koreyanın ABŞ ilə müdafiə sahəsində əməkdaşlığı davam etdirdiyi qeyd edilib. Pxenyanın hücum imkanlarını artırmaq üçün ABŞ-dən helikopter almağı planlaşdırdığı bildirilib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: