Kreml Putin-Tramp danışığının təfərrüatlarını AÇIQLADI

Kreml Putin-Tramp danışığının təfərrüatlarını
Peskov
Siyasət 13-02-2025 - 14:04

Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın söhbətində sanksiyalar mövzusu qaldırılmayıb.

Ajans.az xəbər verir ki, danışıqların bu təfərrüatını Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov açıqlayıb.

“Əlbəttə, Rusiya bu sanksiyaların əleyhinədir, lakin bu mövzu hələ qaldırılmayıb”, - Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi vurğulayıb ki, Moskva ona qarşı tətbiq edilən sanksiyaları qanunsuz hesab edir və “bütün ticarət qaydalarını pozur”.

Daha əvvəl Peskov bildirib ki, danışıqlardan sonra Putin və Tramp öz köməkçilərinə dərhal sammitə hazırlığa başlamağı tapşırıblar.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: