Avropa Komissiyası həyəcan təbili ÇALDI

Avropa Komissiyası həyəcan təbili
Avropa Komissiyası
Siyasət 17-02-2025 - 14:22

Avropa Komissiyası (AK) prezidenti Ursula fon der Leyenin Avropa İttifaqının (Aİ) qaydalarını “sadələşdirmək” üçün sürətli və birtərəfli hərəkətləri ilə bağlı həyəcan təbili çalır.

Ajans.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazır.

"Belə sürətlə hərəkət edəndə bunu düzgün etdiyimizə necə əmin ola bilərik?" - nəşrin mənbələrindən biri bildirib.

Mənbələrin bildirdiyinə görə, AK rəhbəri birləşmə qaydalarının “sadələşdirilməsi” və bürokratiyaya qarşı mübarizə proqramını irəli sürmək istəyi barədə heç kimə məlumat verməyib. Bu baxımdan, AK işçiləri "depressiyaya düşüblər", çünki "hər şey ən yuxarıda qərarlaşdırılıb". Von der Leyenin proqramı diqqəti yaşıl gündəmdən Aİ iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasına yönəltmək məqsədi daşıyır.

Bundan əvvəl Bolqarıstan Dirçəliş Partiyasından Avropa Parlamentinin deputatı Petar Volqin bildirmişdi ki, Aİ liderləri reallıqdan uzaqdırlar və mənalı qərarlar qəbul etməkdə acizdirlər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: