Oğuzda qız qaçırtmağa çalışdılar: Atəş açıldı - DİN açıqlama yaydı/YENİLƏNİB
Oğuz rayonunda qız qaçırtmağa cəhd edən 2 nəfər saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ajans.az-a bildirilib.
Oğuz rayonunda 18 yaşlı qızı qaçırtmağa cəhd edən 2 nəfər saxlanılıb və hazırda faktla bağlı istintaq araşdırmaları davam etdirilir.
Polisin “dayan” əmrinə tabe olmayan şəxslərə qarşı xəbərdarlıq atəşi açması barədə iddialar əsassızdır.
***
Xəbər verdiyimiz kimi, Oğuzda axşam saatlarında polis "dayan" əmrinə tabe olmayan şəxslərə xəbərdarlıq atəşi açıb.
Ajans.az-ın xəbərinə görə, hadisəni törədib qaçan şəxslərdən biri həmin an tutulmuşdu, digəri isə qaçmışdı.
Məlumata görə, qaçan digər şəxs də saxlanılıb.
Fatkla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.
21:45
Oğuz rayonunda polisin "dayan" əmrinə tabe olmayan şəxslərə xəbərdarlıq atəşi açılıb.
Ajans.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərmənəd kəndi ərazisində axşam saat 20:40 radələrində baş verib.
Məlumatımıza görə, bir qrup şəxs kənd sakini olan qızı qaçırtmağa cəhd göstəriblər. Bu zaman mübahisəyə hüquq mühafizə orqanları qarışıb.
Polisin "dayan" əmrinə tabe olmayan şəxslərə xəbərdarlıq atəşi açılıb. Hadisəni törətməyə cəhd edən şəxslər 2 nəfər olub.
Onlardan biri hadisə yerində saxlanılıb. Digəri isə qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Raqil Verdiyev