Polis gücləndirilmiş iş rejiminə keçdi - RƏSMİ

Polis gücləndirilmiş iş rejiminə keçdi -
Cəmiyyət 23-02-2025 - 00:01

Paytaxtda mövcud hava şəraiti ilə bağlı sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışır və svetoforlar daim nəzarətdə saxlanılır.

Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

Yolların buz bağlaması, yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması istisna edilmir. Bu səbəblərdən yaranan nəqliyyat sıxlığının vaxtında aradan qaldırılması, rahat və təhlükəsiz hərəkət üçün tədbirlər görülür. 

Xüsusi qeyd: Nəqliyyatı İntellektual İdarəetmə mərkəzi tərəfindən yollardakı vəziyyətlə bağlı mütəmadi məlumatlandırılma təmin ediləcək.

PAYLAŞ: