Reklam resmi
Reklam resmi

U-18 basketbol millimiz ilk qrup qələbəsini qazanıb

U-18 basketbol millimiz ilk qrup qələbəsini qazanıb
İdman

Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda ikinci qrup oyununu Ukrayna seçməsinə qarşı keçirib.

Ajans.az xəbər verir ki, Xorvatiyada keçirilən qitə birinciliyində yığma ilk hissəni geridə tamamlasa da, sonradan geri döünş edərək 77:68 hesablı qələbəyə sevinib.

Görüşün ən dəyərli basketbolçusu (MVP) 20 xal, 17 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Bu qələbə U-18 millimizin Avropa çempionatı B divizionunda qazandığı ilk qrup qələbəsi kimi də tarixə düşüb.

Mövzular:
basketbol milli qələbə

Digər Xəbərlər