Beş kəndi rayon mərkəzi ilə birləşdirən körpü TƏHLÜKƏ SAÇIR
Göygöl rayonunda beş kəndi rayon mərkəzi ilə birləşdirən əsas yolun üzərində yerləşən körpü qəzalı vəziyyətə düşüb. Güclü yağışlar və sel suları nəticəsində körpünün bir hissəsi dağılıb.
Ajans.az xəbər verir ki, alternativ yol olmadığından hər gün bu körpüdən istifadə etmək məcburiyyətində qalırlar.
Onlar körpünün istənilən an tamamilə uça biləcəyindən narahatdırlar və aidiyyəti qurumlardan problemin həllini istəyirlər.
"Hər gün bu yolla gedib-gəlirik. Buradan keçənədək əlimiz ürəyimizin üstündə olur ki, birdən körpü uçub-dağılar. Təkcə biz istifadə etmirik. Buradan yük maşını keçəndə vəziyyət daha da çətinləşir", - sakinlərdən biri bildirib.
Mövzular: