"Amay"ın qarşısında kişinin başına DAŞ DÜŞDÜ
Bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, "Amay" ticarət mərkəzi ərazisindən çağırış qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə lent.az-a TƏBİB-dən məlumat verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
1991-ci il təvəllüdlü şəxsə skalpın kəsilmiş yarası diaqnozu təyin edilib və zəruri tibbi yardım göstərilib. Müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, kişinin başına daş düşdüyü bildirilir.
Mövzular: