Buzovnanın kanalizasiyası Xəzər dənizinə axıdılır?
Bakıda, çimərlik ərazidə çirkab suların birbaşa Xəzər dənizinə axıdıldığı iddia edilir.
Ajans.az-ın məlumatına görə, Bakının Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində çimərliyə kanalizasiya sularının axıdılmasını əks etdirən görüntülər yayılıb. Sakinlərin sözlərinə görə, çirkab suların boru vasitəsilə dənizə töküldüyü həmin əraizdə insanlar çimir.
Bəzi sakinlərin sözlərinə görə isə, həmin borudan sadəcə qrunt suları axıdılır.
Məsələ ilə bağlı Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən "Xəzər Xəbər"ə bildirldi ki, həmin ərazidə axıdılan su tullantı suyu və ya kanalizasiya mənşəli su deyil, sözügedən qəsəbə ərazisində formalaşan qrunt sularıdır.