"Facebook"un işində problem yarandı
ABŞ-də istifadəçilər "Facebook" sosial şəbəkəsinin işində problemlərlə üzləşiblər.
Ajans.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən "Downdetector" portalının məlumatında bildirilir.
Məlumata görə, son bir saat ərzində 1 800-dən çox istifadəçi nasazlıq barədə məlumat verib. Onlardan 38%-i saytın işləməsində, 36%-i mobil tətbiqə girişdə, 14%-i isə hesablarına daxil olmaqda problem yaşadıqlarını bildirib.
Mövzular: