Paşinyan Putinlə telefonla danışdı
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Ajans.az xəbər verir ki, həmsöhbətlər Ermənistan-Rusiya münasibətlərinin gündəliyi, xüsusən də ikitərəfli iqtisadi münasibətlərdə yaranan məsələlər barədə fikir mübadiləsi aparıblar.
Nikol Paşinyan Ermənistan mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlərin Ermənistan-Rusiya hüquqi çərçivəsinə və Avrasiya İqtisadi Birliyinin qaydalarına zidd olduğunu vurğulayıb və bu məsələlərin həlli üçün tədbirlər görülməsini istəyib.
Mövzular: