ABŞ 17 gəminin istiqamətini dəyişdirib
ABŞ hərbçiləri İranın dəniz limanlarının blokadası bərpa edildiyi vaxtdan bəri 17 ticarət gəmisinin istiqamətini dəyişdiriblər.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.
"CENTCOM blokadaya əməl olunmasını təmin etmək üçün 17 ticarət gəmisinin istiqamətini dəyişdirib, iki gəmiyə isə baxış keçirib", - komandanlıqdan bildirilib.
Mövzular: