Reklam resmi
Reklam resmi

Növbəti köç karvanları yola salınıb

Növbəti köç karvanları yola salınıb
Cəmiyyət

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Cəbrayıl rayonunun Şükürbəyli, Xocalı rayonunun Xanabad, Təzəbinə, Badara, Daşbulaq və Seyidbəyli, Ağdərə rayonunun Aşağı Oratağ, Vəngli, Həsənriz və Kolatağ kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. 

Ajans.az xəbər verir ki, bu mərhələdə Cəbrayılın Şükürbəyli  kəndinə 12 ailə - 55 nəfər, Xocalının Xanabad kəndinə 10 ailə - 31 nəfər, Təzəbinə kəndinə 9 ailə - 39 nəfər, Badara kəndinə 6 ailə - 24 nəfər, Daşbulaq kəndinə 2 ailə - 7 nəfər, Seyidbəyli kəndinə 1 ailə - 5 nəfər, Ağdərənın Aşağı Oratağ kəndinə 10 ailə - 34 nəfər, Vəngli kəndinə 6 ailə - 26 nəfər, Həsənriz kəndinə 6 ailə - 17 nəfər, Kolatağ kəndinə isə 3 ailə - 19 nəfər köçürülüb. 

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. 

Mövzular:
Xocalı Cəbrayıl köç Böyük Qayıdış

Digər Xəbərlər