Trampın arxasındakı şəxs canlı yayımın ulduzuna çevrildi-VİDEO
ABŞ Prezidenti Donald Trampın Corciya ştatında etdiyi çıxış zamanı maraqlı hadisə yaşanıb.
Ajans.az xəbər verir ki, canlı yayım zamanı Trampın arxasında dayanan izləyicilərdən biri prezidentin jestlərini, mimikalarını və danışıq tərzini təqlid edərək diqqət çəkib. Onun davranışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məlumata görə, həmin şəxsin hərəkətləri tədbir iştirakçıları arasında birmənalı qarşılanmayıb. Bəzi izləyicilər bunu zarafat kimi qiymətləndirsələr də, digərləri davranışı yersiz hesab edərək narazılıqlarını bildiriblər.
Bildirilir ki, bir müddət sonra həmin şəxsə irad tutulub və davranışını dayandırması tələb olunub.