Reklam resmi
Reklam resmi

Bakı ən yaxşı tələbə şəhərləri sırasında yer alıb

Bakı ən yaxşı tələbə şəhərləri sırasında yer alıb
Cəmiyyət

"Quacquarelli Symonds" təşkilatının açıqladığı 2026-cı il üzrə "Best Students Cities" reytinqində Bakı ilk 100 şəhər sırasında qərarlaşıb.

Ajans.az xəbər verir ki, Bakı ötən illə müqayisədə 22 pillə irəliləyərək ilk 100 şəhər sırasında yer alıb.

Reytinq 6 meyar ə 23 indikator əsasında qiymətləndirilir. Bura şəhərdə fəaliyyət göstərən universitetlərin beynəlxalq reytinq göstəriciləri, təhlükəsizlik və yaşayış mühiti, yaşayış və təhsil xərcləri, əcnəbi tələbələrin sayı və müxtəlifliyi, məşğulluq imkanları və eləcə də tələbələrin rəyi daxildir.

Mütəxəssislər hesab edirlər ki, Bakının reytinqdə yüksəlməsində təhlükəsizlik və şəhərin nəqliyyat imkanları mühüm rol oynayıb. Lakin daha da yüksəlmək üçün tələbə yataqxanalarının sayının artırılması, universitet şəhərciklərinin yaradılması və tələbələr üçün sosial dəstək imkanlarının genişləndirilməsi vacib hesab olunur. Bu göstərici eyni zamanda Azərbaycanın qlobal ali təhsil beynəlxalq akademik nüfuzunun artmasına töhfə verən mühüm nailiyyət kimi qiymətləndirilir.

Mələksəda Ziyad

Mövzular:
Bakı Tələbə

Digər Xəbərlər