Reklam resmi
Reklam resmi

Bu ölkələrdə dəhşətli daşqınlar: Yüzə yaxın ÖLƏN VAR

Bu ölkələrdə dəhşətli daşqınlar: Yüzə yaxın ÖLƏN VAR
Dünya

Hindistan, Pakistan və Əfqanıstanda son günlər yağan güclü yağışlar və onların yaratdığı daşqınlar nəticəsində azı 82 nəfər həyatını itirib.

Ajans.az Reuters-ə istinadən xəbər verir ki, ən ağır vəziyyət Hindistanın Assam əyalətində qeydə alınıb. Burada son bir həftə ərzində ölənlərin sayı 36 nəfərə çatıb, 650 mindən çox insan isə təbii fəlakətdən zərər çəkib.

ƏfqanıstanPakistanın Xayber Paxtunxva əyalətində son üç gün ərzində baş verən daşqınlar nəticəsində azı 46 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Daşqınlar yaşayış evlərini, otelləri, əkin sahələrini və nəqliyyat infrastrukturunu ciddi şəkildə zədələyib. Hazırda bölgələrdə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
author picture
Leyla Bayandurlu
Mövzular:
Hindistan Pakistan Əfqanıstan

Digər Xəbərlər