Reklam resmi
Reklam resmi

Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb 

Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb 
İqtisadiyyat

Bu ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana 150,942 milyon ABŞ dolları dəyərində 1,273 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

Ajans.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə Azərbaycandan sözügedən ölkəyə təbii qaz (qaz halında) ixracı dəyər ifadəsində 13,238 milyon ABŞ dolları və ya 9,6%, həcm ifadəsində isə 110,4 milyon kubmetr və ya 9,5% artıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan 8 ölkəyə 3,343 milyard ABŞ dolları dəyərində 10,381 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 489,8 milyon ABŞ dolları və ya 12,8% az, həcm baxımından isə 110,2 milyon kubmetr və ya 1,1% çoxdur.

Mövzular:
Dövlət Statistika Komitəsi Gürcüstan təbii qaz

Digər Xəbərlər