Gürcüstanın Azərbaycandan badam idxalına çəkdiyi xərci 5 dəfə artıb
Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 493 min ABŞ dolları dəyərində badam idxal edib.
Ajans.az-ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 5 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana badam ixrac edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrdən 3 milyon ABŞ dolları dəyərində badam alıb ki, bu da 1 il əvvəlki göstəricidən 27 % çoxdur.
Hesabat dövründə Gürcüstan Türkiyədən 1,14 milyon ABŞ dolları, İspaniyadan 628 min ABŞ dolları, Amerika Birləşmiş Ştatlarından 556 min ABŞ dolları, Belarusdan 95 min ABŞ dolları dəyərində məhsul alıb.
Mövzular: