Rusiyada sərxoş kişi həyəti təmizləyən yeniyetməni GÜLLƏLƏDİ
Rusiyanın Moskva vilayətinin Elektrostal şəhərində 35 yaşlı yerli sakin həyəti təmizləyən 14 yaşlı yeniyetməyə pnevmatik tüfəngdən atəş açıb.
Ajans.az xəbər verir ki, bu barədə "112" Telegram kanalı məlumat yayıb.
Məlumata görə, hadisəni törədən şəxs sərxoş vəziyyətdə olub. O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, istifadə etdiyi pnevmatik tüfəng isə müsadirə edilib.
Hadisə Çernışevski küçəsində yerləşən yaşayış binasının həyətində baş verib. Yeniyetmə ərazini təmizlədiyi vaxt atəşə məruz qalıb.
Xəsarət alan 14 yaşlı yeniyetmə xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilir.
Mövzular: