Azərbaycanda yaşayış evinin ərazisinə AYI GİRDİ
Xocalı rayonunda yaşayış evinin həyətinə ayı girib.
Ajans.az hadisə gecə saatlarında rayonun Badara kəndində, kənd sakini Piryev Elgün Aslan oğluna məxsus fərdi yaşayış evində baş verib.
İlkin məlumata görə, vəhşi heyvan evin həyətyanı sahəsinə və təsərrüfat ərazisinə daxil olub. Hadisə zamanı xəsarət alan olmayıb./Teleqraf.az
Mövzular: