Kiyevdə tarixi gün: Avropa liderləri bir araya gəlir
Ukraynanın Dövlətçilik Günü münasibətilə bir sıra Avropa ölkələrinin liderləri Kiyevə səfər ediblər.
Ajans.az xəbər verir ki, Rumıniya Prezidenti Nikuşor Dan, Moldova Prezidenti Maya Sandu və Serbiya Prezidenti Aleksandar Vuçiç artıq Ukrayna paytaxtına gəliblər.
Gözlənilir ki, gün ərzində onlara Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və digər xarici nümayəndə heyətlərinin üzvləri də qoşulacaqlar.
Mövzular: