Reklam resmi
Reklam resmi

Deputatın Telegram hesabı ƏLƏ KEÇİRİLDİ

Deputatın Telegram hesabı ƏLƏ KEÇİRİLDİ
Cəmiyyət

Milli Məclisin deputatı Şahin Seyidzadə "Telegram" hesabının icazəsiz ələ keçirildiyini açıqlayıb.

Ajans.az xəbər verir ki, deputat bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Şahin Seyidzadə bildirib ki, "Hörmətli dostlar və həmkarlar! Hazırda mənim Telegram hesabımdan icazəsiz şəkildə mesajlar göndərilir. Xahiş edirəm, həmin mesajlara reaksiya verməyin, linklərə keçməyin və heç bir əməliyyat etməyin.

Hazırda mütəxəssislər problemin aradan qaldırılması üzərində çalışırlar.
Yaranmış narahatlığa görə üzr istəyir və anlayışınıza görə təşəkkür edirəm".
Mövzular:
Deputat telegram Şahin Seyidzadə

Digər Xəbərlər