Reklam resmi
Reklam resmi

Qonşu ölkədə ardıcıl GÜCLÜ ZƏLZƏLƏ

Qonşu ölkədə ardıcıl GÜCLÜ ZƏLZƏLƏ
Dünya

İyulun 15-də Rusiyanın Kamçatka yarımadası sahillərində altı dəqiqə fasilə ilə 6.0 və 5.7 bal gücündə iki zəlzələ qeydə alınıb.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata görə, hər iki zəlzələnin episentri Petropavlovsk-Kamçatskinin cənub-şərqində, Sakit okean akvatoriyasında yerləşib. Birinci zəlzələ şəhərdən 210 kilometr məsafədə, 64,6 kilometr dərinlikdə baş verib.

İkinci, 5.7 bal gücündə olan zəlzələ isə Petropavlovsk-Kamçatskidən 206 kilometr aralıda, 72 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində tələfat və ya dağıntı barədə məlumat verilməyib. Həmçinin sunami təhlükəsi elan olunmayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya zəlzələ

Digər Xəbərlər