"Ukraynanın bu hərəkətləri təmiz terrorizmdir" - Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın Azov və Qara dənizlərdəki hərəkətlərini "təmiz terrorizm" adlandırıb.
Ajans.az xəbər verir ki, bu barədə XİN rəhbəri Çad xarici işlər naziri Əbdülaye Sabre Fadul ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında açıqlayıb.
"Bu, təkcə Azov və Qara dənizlərində deyil, həm də Afrika qitəsində özünü göstərən təmiz terrorizmdir. Bu, hətta piratçılıq da deyil. Piratlar ən azı talan edir və qəniməti özləri üçün götürürlər, amma burada onlar bunu nə özlərinə birbaşa zərər vermək, nə də başqalarını qorxutmaq üçün edirlər", - deyə Lavrov qeyd edib.
Mövzular: