Reklam resmi
Reklam resmi

Bolqarıstandan gözlənilməz qərar: Ukraynaya dəstək koalisiyasını tərk edir

Bolqarıstandan gözlənilməz qərar: Ukraynaya dəstək koalisiyasını tərk edir
Dünya

Bolqarıstanın Baş naziri Rumen Radev ölkəsinin Ukraynaya dəstək məqsədilə yaradılmış könüllülər koalisiyasında artıq iştirak etməyəcəyini açıqlayıb.

Ajans.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Radev bildirib ki, Bolqarıstan Ukraynaya maliyyə və hərbi yardımın davam etdirilməsini dəstəkləyən ölkələr qrupunun üzvü deyil.

"Biz Ukraynaya maliyyə və hərbi yardımın davam etdirilməsində israr edən koalisiyanın üzvü deyilik. Bu münaqişənin həlli onu hərbi yolla uzatmaqda deyil, gərginliyə son qoyacaq güclü diplomatik səylərdədir", – deyə Baş nazir jurnalistlərə bildirib.

Rumen Radev Ukraynaya hərbi yardımın tənqidçisi kimi tanınır. O, baş nazir vəzifəsinə başladıqdan sonra Kiyevə hərbi yardımın göstərilməsini dayandırsa da, silah satışının davam etdiyini bildirib.

Baş nazir həmçinin vurğulayıb ki, Moskva ilə bağlı mövqeyi Kremlə dəstək kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, Bolqarıstan Rusiya ilə münasibətlərdə praqmatik yanaşmaya üstünlük verir.

Bundan əlavə, Radev iyun ayında Rusiyaya qarşı Avropa İttifaqının yeni sanksiyalar paketinə etiraz edəcəyini açıqlamışdı. O, xüsusilə Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillə və "LUKOIL" şirkətinin təsisçisi Vaqit Ələkbərova qarşı sanksiyalara qarşı çıxıb.

Baş nazir hesab edir ki, Ukraynadakı müharibə artıq hərbi müstəvidən kənara çıxaraq iqtisadiyyat, energetika və dini sahələrə də təsir göstərir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Bolqarıstan Ukrayna

Digər Xəbərlər