Reklam resmi
Reklam resmi

ABŞ-də qəribə oğurluq: Oyuncaq zürafə ilə mağazanı hədəfə aldı

ABŞ-də qəribə oğurluq: Oyuncaq zürafə ilə mağazanı hədəfə aldı
Dünya

ABŞ-nin Kaliforniya ştatında oyuncaq zürafəyə bənzər nəqliyyat vasitəsi ilə hərəkət edən bir şəxs xeyriyyə mağazasının qarşısında qoyulmuş ianələri oğurlayıb.

Ajans.az xəbər verir ki, bu barədə KMPH FOX26 telekanalı məlumat yayıb.

Hadisə Little Town Thrift mağazasının qarşısında baş verib. Bildirilir ki, şübhəli qeyri-adi nəqliyyat vasitəsi ilə mağazaya gələrək girişdə yerləşdirilmiş ianələri götürməyə başlayıb.

Mağaza sahibi onu saxlamağa cəhd edib və tərəflər arasında mübahisə yaranıb. Şübhəli isə girişdə qoyulan əşyaların artıq heç kimə lazım olmadığını iddia edib. Daha sonra oyuncağı yerə ataraq götürdüyü əşyalarla hadisə yerindən qaçıb.

Məlumata görə, bir neçə saat sonra mağazanın qarşısına pikap avtomobili gəlib və naməlum şəxslər daha çox ianə əşyasını aparıblar.

Hazırda polis hadisəni araşdırır. Şübhəlinin saxlanılıb-saxlanılmadığı və oğurlanan əşyaların dəyəri barədə hələlik rəsmi məlumat verilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Kaliforniya ştatı

Digər Xəbərlər