Reklam resmi
Reklam resmi

ABŞ Suriyanın terrorizmi dəstəkləyən dövlət statusunu ləğv edir

ABŞ Suriyanın terrorizmi dəstəkləyən dövlət statusunu ləğv edir
Dünya

ABŞ administrasiyası Suriyanın terrorizmi dəstəkləyən dövlət statusunu ləğv etmək qərarına gəlib.

Ajans.az xəbər verir ki, bu barədə CNN telekanalının məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio açıqlama verib.

Rubio bildirib ki, sanksiyaların ləğvi Suriyanın beynəlxalq ticarət və investisiyalara çıxışını genişləndirəcək, ölkənin bərpası üçün yeni imkanlar yaradacaq və tarixində yeni səhifə açacaq.

Onun sözlərinə görə, özü və qonşuları ilə sülh şəraitində yaşayan sabit Suriya təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün faydalı olacaq.

Dövlət katibi əlavə edib ki, iyulun 8-də ABŞ administrasiyası Konqresi Suriyanın terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılması niyyəti barədə rəsmi şəkildə məlumatlandırıb. Qərar qanunvericilikdə nəzərdə tutulan 45 günlük bildiriş müddətindən sonra qüvvəyə minə bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Suriya

Digər Xəbərlər