Bu ölkədə FACİƏ-İt uşağı ÖLDÜRDÜ
Almaniyada dörd yaşlı qız pitbul cinsli itin hücumuna məruz qalaraq həyatını itirib.
Ajans.az xarici mediaya istinadən xəbər veirr ki, hadisə Maqdeburq yaxınlığındakı Osternienburger Torpaq bölgəsində baş verib. Bir ailəyə məxsus pitbul yaşadıqları evdə dörd yaşlı qıza hücum edib.
Polisin bildirdiyinə görə, ağır xəsarətlər alan azyaşlı həkimlərin bütün səylərinə baxmayaraq xilas edilə bilməyib.
Məlumata əsasən, it uşağın anasına məxsus olub və ailə ilə eyni evdə yaşayırmış.
Hadisədən sonra pitbul polis tərəfindən müsadirə edilərək heyvan sığınacağına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mövzular: