Reklam resmi
Reklam resmi

Pilot hərəkətdə olan təyyarədən tullanaraq ÖLDÜ

Pilot hərəkətdə olan təyyarədən tullanaraq ÖLDÜ
Dünya

Argentinada uçuş təlimatçısı Leandro Andres Bertazzo təlim uçuşu zamanı hərəkətdə olan təyyarədən tullanaraq həyatını itirib. Təyyarədə tək qalan 22 yaşlı tələbəsi şok vəziyyətinə baxmayaraq hava gəmisini təhlükəsiz şəkildə yerə endirməyi bacarıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə iyulun 4-də Argentinanın Toledo şəhərində baş verib.

Prokurorluğun məlumatına əsasən, 42 yaşlı Bertazzo hələlik naməlum səbəbdən idarə etdiyi Cessna 150 təyyarəsinin qapısını açaraq havada ikən tullanıb.

Yerli KİV-lərin yazdığına görə, o, təyyarədən tullanmadan əvvəl tələbəsi Rosarioya "Nə edəcəyini bilirsən, davam et" deyib. Daha sonra qulaqlığını və təhlükəsizlik kəmərini çıxararaq təyyarəni tərk edib.

Hadisədən sonra Bertazzonun meyiti tapılıb. Onun çalışdığı uçuş məktəbinin direktoru Eduardo Alvares bildirib ki, təlimatçının belə bir addım atacağına dair əvvəlcədən heç bir əlamət olmayıb. Onun sözlərinə görə, Bertazzo həmin gün daha bir tələbə ilə də təlim uçuşu həyata keçirmişdi və baş verən hadisə məktəbin kollektivini dərindən sarsıdıb.

Böyük psixoloji sarsıntı keçirən tələbə isə təyyarəni uğurla uçuş-enmə zolağına endirə bilib.

Faktla bağlı prokurorluq araşdırmalara başlayıb. Hadisənin başvermə səbəbləri və bütün təfərrüatları araşdırılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Argentina təyyarə

Digər Xəbərlər