Ukrayna Donetskin bu ərazisini işğaldan azad etdi
Ukrayna ordusu Donetsk vilayətində yerləşən Novoxatskoye kəndini ruslardan azad edib.
Ajans.az xəbər verir ki, bu barədə Ukraynanın 37-ci Dəniz Piyada Briqadası məlumat verib.
“Düşmənin müqavimətinə və ağır minalara baxmayaraq, dəniz piyadaları və paraşütçülər addım-addım onlara verilən tapşırığı yerinə yetiriblər. Düşmən mövqelərindən qovulub, itki verib və geri çəkilib", - deyə məlumatda qeyd olunub.
Mövzular: