ABŞ İrana qoşun göndərməyi planlaşdırmır - TRAMP
ABŞ Prezidenti Donald Tramp İrana Amerika qoşunlarının göndərilməsinin gündəmdə olmadığını bildirib.
Ajans.az xəbər verir ki, Tramp Ankarada Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüşü zamanı jurnalistlərə açıqlamasında bu addımı atmağa ehtiyac görmədiyini vurğulayıb.
“Xeyr, bunu etməyin mənası yoxdur”, – deyə ABŞ prezidenti bildirib.
Bununla yanaşı, Tramp daha əvvəl ABŞ-nin İranın Xark adasını nəzarətə götürə biləcəyini də istisna etməmişdi.
Mövzular: