Reklam resmi
Reklam resmi

Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ
Dünya

Pakistan Amerika Birləşmiş Ştatları və İranı təmkinli olmağa və Yaxın Şərqdəki münaqişənin dayandırılmasına yönəlmiş anlaşma memorandumunun şərtlərinə əməl etməyə çağırıb.

Ajans.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Tərəflər arasında vasitəçi qismində çıxış edən Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bütün iştirakçılar İslamabad memorandumu çərçivəsində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər.

“Pakistan bütün tərəfləri İslamabad anlaşma memorandumuna uyğun olaraq müvafiq öhdəliklərinə əməl etməyə və təmkin nümayiş etdirməyə çağırır”, - xarici siyasət idarəsinin bəyanatında qeyd olunur.

Mövzular:
Pakistan ABŞ İran ÇAĞIRIŞ

Digər Xəbərlər