Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU
Axırıncı dəfə “Kızılcık Şerbeti” serialında canlandırdığı Işıl obrazı ilə tanınan məşhur aktrisa Ece İrtemin ölüm səbəbi açıqlanıb.
Ajans.az xəbər verir ki, Kadıköydə yaşadığı evdə ölü tapılan aktrisa Ece İrtemin Ədliyyə Tibb Qurumu tərəfindən aparılan ekspertiza nəticəsində "alkoqol zəhərlənməsi" səbəbindən həyatını itirdiyi müəyyən edilib.
Ötən ay vəfat edən 35 yaşlı aktrisanın ilk olaraq infarkt səbəbindən öldüyü bildirilmiş, daha sonra isə Tailand səyahəti zamanı meymun tərəfindən dişləndiyi iddia edilmişdi.
Mövzular: