Bu futbolçu Dünya Kubokunda AĞIR ZƏDƏLƏNİB-OYNAYA BİLMƏYƏCƏK
Belçika millisinin yarımmüdafiəçisi Amadou Onana ağır zədə alaraq 2026-cı il Dünya Çempionatını vaxtından əvvəl başa vurub.
Ajans.az xəbər verir ki, bu barədə The Athletic nəşri məlumat yayıb.
24 yaşlı futbolçu ABŞ yığmasına qarşı keçirilən və Belçikanın 4:1 hesablı qələbəsi ilə başa çatan 1/8 final oyununda zədələnib. O, görüşün 21-ci dəqiqəsində meydanı tərk etməyə məcbur olub.
Müayinələrin nəticəsinə əsasən, Onananın çarpaz diz bağı qopub. Jurnalist Fabrizio Romanonun məlumatına görə, futbolçunun bərpa prosesi 7–8 ay davam edəcək.
Amadou Onana cari Dünya Çempionatında Belçika millisinin heyətində dörd oyunda iştirak edib.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2024-cü ildən İngiltərənin "Aston Villa" klubunda çıxış edir. Klub ötən mövsüm UEFA Avropa Liqasının qalibi olub.
Mövzular: