Azərbaycan Hava Yolları bu şəhərlərə uçuşlara başlayır
7 iyul 2026-cı il, Bakı – AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları Türkiyənin Qarş şəhərinə uçuşlara başlayır. Qarsın Azərbaycan Hava Yollarının qardaş ölkədəki 9-cu istiqaməti kimi marşrut şəbəkəsinə əlavə olunması ilə Türkiyə aviaşirkətin ən çox istiqamətlə təmsil olunduğu ölkəyə çevrilir. Qars şəhərinə açılan reyslər Azərbaycan ilə Türkiyə arasında artan sərnişin tələbatına cavab verməklə yanaşı, iki ölkə arasında hava əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək.
Ajans.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Yeni istiqamət
üzrə ilk reys 30 iyul 2026-cı il tarixində həyata keçiriləcək. Bakı–Qars–Bakı marşrutu üzrə uçuşlar həftədə 2 dəfə, cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni istiqamət üzrə biletlər artıq satışdadır.Türkiyənin
tarixi və turizm baxımından əhəmiyyətli şəhərlərindən biri olan Qars zəngin
tarixi irsi, memarlıq abidələri və özünəməxsus mədəniyyəti ilə seçilir. Şəhər “UNESCO”nun
Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Ani şəhəri, tarixi Qars qalası və
qış mövsümündə beynəlxalq turistlərin böyük maraq göstərdiyi Sarıqamış xizək
kurortu ilə tanınır. Bundan əlavə, Qars regionu yerli mətbəxi və təbii gözəllikləri
ilə də səyahətsevərlərə fərqli təcrübə təqdim edir.
Yeni marşrut həm
Türkiyənin şərq bölgələrində yaşayan, həm də Azərbaycandan səfər edən sərnişinlər
üçün daha yeni bir istiqamətə rahat və birbaşa səyahət imkanı yaradacaq. Reyslər
turizm səfərləri ilə yanaşı, ailə ziyarətləri və işgüzar səfərlər üçün də əlavə
imkanlar təqdim edəcək.
Biletləri
aviaşirkətin rəsmi internet səhifəsi, AZAL mobil tətbiqi və akkreditə olunmuş
agentliklər vasitəsilə əldə etmək mümkündür.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat
xidməti