Reklam resmi
Reklam resmi

15 yaşlı bacısının nişanlasını öldürmək istəyənə AĞIR CƏZA

15 yaşlı bacısının nişanlasını öldürmək istəyənə AĞIR CƏZA
Kriminal

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.

Ajans.az xəbər verir ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Araz Səmədovun 11il, 3 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən Araz Səmədovun 11 il, 3ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

Xatırladaq  ki, hadisə 2025-ci ilin sentyabrında Bakının Əmircan qəsəbəsində baş verib. Babək Uğurlunun çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı Suraxanı rayon Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşlarının əməliyyatı zamanı hadisəni törətməkdə təqsirli bilinən Araz Səmədov saxlanılaraq istintaqa cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələrilə ittiham irəli sürülüb.(lent.az)

Mövzular:
cinayət kriminal məhkəmə

Digər Xəbərlər