Rutte NATO-da yeni hərbi təchizat mexanizmini elan etdi
NATO-nun Baş katibi Mark Rutte hərbi təchizat sahəsində əməkdaşlığın asanlaşdırılması məqsədilə "NATO-nun ön qapısı" (NATO Front Door) adlı yeni "vahid pəncərə" sisteminin istifadəyə verildiyini açıqlayıb.
Ajans.az xəbər verir ki,Rutte bu barədə Ankarada keçirilən Müdafiə Sənayesi Forumunda çıxışı zamanı danışıb.
"Bu gün biz müdafiə sənayesi üçün NATO-nun 'Ön qapı' təşəbbüsünü işə salırıq. Bu mexanizm hərbi təchizatla bağlı bütün məsələlər üzrə müdafiə sənayesi üçün vahid əlaqə nöqtəsi rolunu oynayacaq", – deyə Baş katib bildirib.
Mark Rutte Avropa və Şimali Amerikanın müdafiə sənayesi şirkətlərini NATO ilə daha fəal əməkdaşlığa çağıraraq, yeni platformadan istifadə etməyə dəvət edib.
Onun sözlərinə görə, "vahid pəncərə" sistemi hərbi təchizatla bağlı müraciətlərin daha operativ və koordinasiyalı şəkildə həll edilməsinə imkan yaradacaq, həmçinin NATO ilə müdafiə sənayesi arasında əlaqələri daha da gücləndirəcək.