Aİ-95 benzini bəzi məntəqələrdə tapılmır, SOCAR-a sorğu
Ajans.az-ın məlumatına görə, Sumqayıt-Bakı istiqamətində yerləşən Rosoil yanacaqdoldurma məntəqəsində Aİ-95 Premium markalı benzin müştərilərə satılmayıb.
Yanacaqdoldurma məntəqəsində sürücülərə bildiriblər ki, Premium markalı benzini bazadan ala bilmədiyiblər. Buna səbəb isə məhsulun xaricdən gətirilməsində gecikmənin baş verməsidir.
Ajans.az-ın məlumatına görə, problem hələ də aradan qalxmayıb. Bu gün yenidən Sumqayıt-Bakı istiqamətində yerləşən “Rosoil” yanacaqdoldurma məntəqəsi ilə əlaqə saxlayaraq vəziyyəti dəqiqləşdirdik. Aİ-95 Premium markalı benzin artıq iki gündür mövcud deyil və məhsulun nə vaxt gətiriləcəyi ilə bağlı dəqiq məlumat yoxdur.
Məsələ ilə bağlı SOCAR-a sorğu ünvanladıq.
SOCAR-dan Aİ-95 Premium markalı benzinin ölkəyə gətirilməsində hər hansı gecikmənin olub-olmaması, problemin nə zaman aradan qaldırılacağı ilə bağlı münasibət öyrənilməyə çalışdıq.
Suallarımız cavabsız qaldı.