Reklam resmi
Reklam resmi

Qazaxıstan və Azərbaycan ali təhsil üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib 

Qazaxıstan və Azərbaycan ali təhsil üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib 
Siyasət, Xarici siyasət

Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek Azərbaycanın bu ölkədəki səfiri Ağalar Atamoğlanovla görüş keçirib.

Ajans.az xəbər verir ki, bu barədə Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyindən bildirilib.

Görüş zamanı tərəflər ali təhsilin beynəlmiləlləşdirilməsi, elm və ali təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafı, eləcə də akademik əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Tələbə və müəllimlərin akademik mobilliyinin inkişafına, birgə təhsil proqramlarının həyata keçirilməsinə və beynəlxalq tərəfdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Tərəflər, həmçinin xarici vətəndaşların Qazaxıstandakı təhsil müəssisələrində təhsilə cəlb edilməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və təhsil xidmətlərinin ixrac potensialının artırılmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün yekunlarına əsasən, iştirakçılar qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və ali təhsilin beynəlmiləlləşdirilməsinin təşviqinə hazır olduqlarını təsdiqləyiblər.

Mövzular:
Qazaxıstan Azərbaycan ali təhsil

Digər Xəbərlər