Reklam resmi
Reklam resmi

Xankəndi Bəyannaməsi qəbul edilib

Xankəndi Bəyannaməsi qəbul edilib
Gündəm

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində tədbir iştirakçıları elm, təhsil, dil, mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində türk dövlətləri arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini özündə əks etdirən Xankəndi Bəyannaməsini hazırlayaraq yekdilliklə qəbul ediblər.   Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində tədbir iştirakçıları elm, təhsil, dil, mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində türk dövlətləri arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini özündə əks etdirən Xankəndi Bəyannaməsini hazırlayaraq yekdilliklə qəbul ediblər.

Ajans.az xəbər verir ki, bəyannamədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yubiley tədbirlərinin keçirilməsi təşəbbüsünə, müvafiq Sərəncamın imzalanmasına, türk dünyası əməkdaşlığının inkişafına göstərdiyi daimi diqqətə, eləcə də tədbirlərin Bakı və Xankəndi şəhərlərində yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlıq ifadə olunub. Sənəddə həmçinin “Türk Dünyası Həftəsi”nin iştirakçılarına ünvanladıqları təbrik müraciətlərinə görə türk dövlətlərinin başçılarına təşəkkür bildirilib.

Mövzular:
Xankəndi bəyannamə qəbul sənəd

Digər Xəbərlər