Reklam resmi
Reklam resmi

Birinci Qarabağ müharibəsində itkin düşən mülki şəxslər Kəlbəcərdə dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşən mülki şəxslər Kəlbəcərdə dəfn olunub
Gündəm

Birinci Qarabağ müharibəsində itkin düşmüş mülki şəxslər Kəlbəcərdə dəfn olunub.

Ajans.az xəbər verir ki, dəfn mərasimində şəhidlərin ailə üzvləri, Kəlbəcər üzrə prezidentin xüsusi nümayəndəliyinin rəsmiləri, rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Mərasim ilk olaraq Daşbulaq kəndində keçirilib. Burada Mədinə Babayeva dəfn olunub.
Daha sonra Zar kəndində digər mülki şəhid Bahadur Kamalov dəfn edilib.
Məlumat üçün bildirək ki, 1937-ci il təvəllüdlü Bahadur Kamalov 1993-cü ildə Murovdağ istiqamətində, 1905-ci il təvəllüdlü Mədinə Babayeva isə Daşbulaq kəndində itkin düşüb./Teleqraf
Mövzular:
müharibə mülki Kəlbəcər dəfn

Digər Xəbərlər