Azərbaycan və İsveçrə arasında müzakirələr olunub
Azərbaycan və İsveçrə arasında maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Ajans.az xəbər verir ki, u barədə Azərbaycan Mərkəzi Bankının (AMB) X sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarovnın rəhbərlik etdiyi nümayəndə heyəti Daşkəndə işgüzar səfər çərçivəsində Martin Schlegel, Christoph König və Pietro Lazzarininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı tərəflər Azərbaycan və İsveçrənin mərkəzi bankları arasında mövcud əməkdaşlıq səviyyəsindən məmnunluqlarını ifadə edib, qlobal və regional iqtisadi proseslər, Azərbaycandakı cari makroiqtisadi vəziyyət və ölkənin maliyyə sektorunun inkişaf dinamikası ətrafında fikir mübadiləsi aparıblar.
AMB-nin məlumatına əsasən, tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.