Reklam resmi
Reklam resmi

Ötən ay Bakı metrosunun ən çox bu stansiyası ilə sərnişin daşınıb

Ötən ay Bakı metrosunun ən çox bu stansiyası ilə sərnişin daşınıb
Cəmiyyət

İyun ayında sərnişinlər metro ilə 18 milyondan çox səfər ediblər. 

"Bakı Metropoliteni"ndən Ajans.az-a verilən məlumata görə, ötən ilin iyun ayı ilə müqayisədə daşınan sərnişinlərin sayı 6,9 % artıb.

Ayın lideri 1 711 203 sərnişinlə “Koroğlu” stansiyası olub.

1 iyun 752 703 sərnişinlə ən çox sərnişin daşınan gün olub.

NFC və QR bilet vasitəsilə ümumilikdə 9 366 674 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 51,9 %-ni təşkil edib.

“Əlçatan metro” xidməti çərçivəsində 161 sifariş icra olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə xidmətdən 75 % çox sərnişin istifadə etdiyini göstərir.

Mövzular:
metro stansiya sərnişin Koroğlu

Digər Xəbərlər