Masallıda ağır yol qəzası: İki nəfər öldü
Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, qəza ötən gün rayonunun Ərkivan qəsəbəsi ərazisində qeydə alınıb.
İki "Mercedes Benz" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 2-si isə yaralanıb.
Qəza zamanı həyatını itirənlər 31 yaşlı Rusif Babayev və 34 yaşlı Araz Məmmədzadədir.
Xəsarət alan 33 yaşlı Pərvin Həsənov və 23 yaşlı Fərid Qasımov Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.(unikal)
Mövzular: