Baydenin oğlu Trampı ƏLƏ SALDI
ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hunter Bayden sosial şəbəkədə paylaşdığı istehzalı mesajında ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına "namizəd göstərdiyini" bildirib.
Ajans.az xəbər verir ki, o paylaşımını iyulun 2-də edib.
"Mən Donald J. Trampı rəsmi olaraq Nobel Sülh Mükafatına namizəd göstərirəm. Tarixdə heç bir prezident eyni müharibəni bu qədər dəfə bitirdiyini elan etməyib", – deyə Hunter Bayden yazıb. O, bununla İran ətrafında baş verən hadisələrə işarə edib.
Hunter Bayden paylaşımında CNN-in hesablamalarına da istinad edib. Telekanalın məlumatına görə, Donald Tramp Yaxın Şərqdəki münaqişənin başlanmasından bəri müxtəlif çıxışlarında və açıqlamalarında müharibənin başa çatdığını ən azı 38 dəfə bəyan edib.
Keçmiş prezidentin oğlu əlavə edib ki, indiyədək heç bir ABŞ prezidenti belə bir açıqlama verməyib və Trampın "bu müharibəni başa çatdırmaqdan hələ çox uzaq olduğunu" vurğulayıb.
Mövzular: