Reklam resmi
Reklam resmi

Baş nazirdən azərbaycanlı milyarder barədə açıqlama: İmkan verməyəcəm

Baş nazirdən azərbaycanlı milyarder barədə açıqlama: İmkan verməyəcəm
Dünya
428

Bolqarıstan Baş naziri Rumen Radev Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin ölkənin maraqlarına təsir edəcəyi təqdirdə ona veto qoymağa hazır olduğunu açıqlayıb.

Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, hökumət başçısı bu açıqlamanı parlament üzvlərinin suallarını cavablandırarkən verib.

Radevdən Aİ-nin Moskva, Rusiyanın patriarxı Kirill və “Lukoil” şirkətinin təsisçisi, azərbaycanəsilli rusiyalı milyarder Vahid Ələkbərova qarşı sanksiyalar tətbiq etmək planları ilə əlaqədar vetonun qoyulması ehtimalı barədə soruşulub.

“Rusiyaya qarşı 21-ci sanksiyalar raunduna veto qoymağa hazır olub-olmadığımı soruşdunuz. Deyə bilərəm ki, mən təkcə hazır deyiləm, bunu edəcəm. Sadə dillə desək, bunu milli maraqlarımızı qorumaq üçün edəcəm”, - Bolqarıstan Baş naziri suala cavab olaraq vurğulayıb.

Mövzular:
Rusiya “Lukoil” şirkəti Rumen Radev

Digər Xəbərlər