İsveçdəki Rusiya səfirliyinə dronlarla hücum edilib
İsveçdə yerləşən Rusiya səfirliyinə növbəti dəfə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyi bildirilir. Rusiya diplomatik nümayəndəliyinin məlumatına görə, dronlardan biri səfirliyin ərazisinə qırmızı boya qabı atıb, digəri isə binanın yaxınlığında qəzaya uğrayıb.
Ajans.az xəbər verir ki, səfirliyin yaydığı bəyanatda qeyd olunub ki, dronlardan birinin saxta partlayıcı qurğu daşıdığı müəyyən edilib.
Mövzular: